Bu gün Azərbaycan Premyer Liqasında 12-ci tura yekun vurulacaq.
Manset.az xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək.
Günün ilk görüşündə “Sabah” “Şamaxı”nı qəbul edəcək.
Digər görüşdə isə “Neftçi” “İmişli”ni qəbul edəcək.
23 noyabr (bazar)
15:00. “Sabah” – “Şamaxı”
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Eyyub İbrahimov, Əkbər Əhmədov
VAR: Əli Əliyev
AVAR: Teymur Teymurov
“Bank Respublika Arena”
17:30. “Neftçi” – “İmişli”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
“Palms Sports Arena”