"Juventus"da Kenan Yıldız ilə bağlı böhran daha da dərinləşir. Maaşını yeniləmək istəyən gənc ulduz üçün Real Madrid 100 milyon avro sərf etməyə hazırdır.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu vəziyyətdə, komandanın baş məşqçisi Spalletti, Kenanı Bodo-Glimt matçında ilk 11-dən kənarlaşdırma qərarını alıb. Azarkeşlər, Türkiyə millisinin oyunçusunun "Juventus"da qalacağına dair narahatlıqlarını bildirirlər.
İtaliya Serie A-nın nəhəng klubu "Juventus" həm ligdə, həm də Çempionlar Liqasında yoluna davam edərkən, Kenan Yıldız klubun ən çox danışılan adlarından birinə çevrilib. Lakin 20 yaşlı milli futbolçunun gələcəyi ilə bağlı yaranan qeyri-müəyyənlik, İtaliya mətbuatında "böhran" olaraq qiymətləndirilir. Məşqçi Luciano Spallettinin son qərarı isə müzakirələri daha da qızışdırıb.