"Qarabağ" klubunun U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.
Manset.az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv V turda İtaliyada "Napoli"nin müvafiq yaş qrupundan ibarət komandasına 0:2 hesabı ilə məğlub olub.
Əvvəlki 4 qarşılaşmada uduzan "Qarabağ"ın U-19 komandası Liqa mərhələsində sonuncu - 36-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, sözügedən matç 61-ci dəqiqədə şiddətli yağış səbəbindən yarıda dayandırılıb. Təxminən 30 dəqiqəlik fasilədən sonra matç qaldığı yerdən davam edib.
***
19:46
"Qarabağ" klubunun U-19 komandasının UEFA Gənclər Liqasının əsas mərhələsində "Napoli" ilə oyunu qaldığı yerdən davam edir.
Manset.az xəbər verir ki, İtaliyada keçirilən və şiddətli yağış səbəbindən 61-ci dəqiqədə yarımçıq dayandırılan matçda fasilə başa çatıb.
Qeyd edək ki, matçda "Napoli" 1:0 hesabı ilə öndədir.
***
19:21
UEFA Gənclər Liqasının əsas mərhələsində “Napoli” – “Qarabağ” U-19 qarşılaşması güclü yağış səbəbindən dayandırılıb.
Manset.az xəbər verir ki, İtaliyanın “Cuzeppe Pikkolo” stadionunda keçirilən matç 61-ci dəqiqədə leysan yağışın şiddətini artırması ilə yarıda qalıb.
Məlumata görə, süni örtüklü meydançanın su altında qalması oyunun davamını mümkünsüz edib. Belə ki, komandalar paltardəyişmə otağına yollanaraq baş hakim Dominik Starın yekun qərarını gözləməyə başlayıblar. Fasiləyə qədər hesab “Napoli”nin xeyrinə olub – 1:0. Hesabı 4-cü dəqiqədə Kristian Raggioli açıb.
Matçın qaldığı yerdən davam edib-etməyəcəyi isə hava şəraitindən və hakimin qiymətləndirməsindən asılı olacaq.
Qeyd edək ki, bu gecə “Napoli” və “Qarabağ”ın əsas komandaları UEFA Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunda qarşılaşacaqlar. Görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.