"Santos"un futbolçusu Neymar özü ilə bağlı riskli qərar qəbul edib.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, zədələnən 33 yaşlı hücumçu oynamağa davam etmək istəyir.
O, bu zədə səbəbindən son 35-ci turun “İnternasional”la matçını buraxmışdı. Lakin Neymar həkimlərin məsləhətinə məhəl qoymayaraq komanda ilə birgə məşqdə iştirak edir.
Neymar bu mövsüm 25 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.