Məşhur türkiyəli futbol şərhçisi Ertem Şener "Qarabağ"ın meneceri Emrah Çelikel və baş məşqçisi Qurban Qurbanov tərəfindən xüsusi olaraq hazırlanan formaları canlı yayımda "Beyaz Futbol" komandasına təqdim edib.
Manset.az xəbər verir ki, o bu barədə "Instagram" hesabında paylaşım edib.
Bütün formalarda yer alan "44" nömrəsi tamaşaçıların da marağına səbəb olub. Ertem Şener, bu xüsusi rəqəmin mənasını açıqlayıb:
"Formaların arxasındakı bu rəqəm Azərbaycanın 44 günlük Vətən müharibəsinə bir işarədir. Qarabağ Zəfəri əslində 10 noyabr tarixindədir. Amma Azərbaycan Prezidenti İlham Əliyev - "Qardaş ölkəm Türkiyədə noyabrın 10-u Atatürkün anım günüdür, o gün qeyd etməyək, noyabrın 8-də qeyd edək", - deyir. Bu səbəbdən zəfər noyabrın 8-də qeyd olunur. Türkiyə Futbol Federasiyasına da forma göndəriblər".