Bu gün Türkiyə Superliqasının 15-ci turunda İstanbul derbisi baş tutacaq.
Manset.az xəbər verir ki, derbidə əzəli rəqiblər “Fənərbaxça” və “Qalatasaray” üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Qeyd edək ki, “Qalatasaray” hazırda 32 xalla liderdir. Rəqibindən bir xal az toplayan meydan sahibləri ikinci pillədə qərarlaşıb.
***
Komandaların start heyətləri açıqlanıb.
“Fənərbaxça”: Ederson, Semedo, Şkriniar, Ostervolde, Braun, Alvares, İsmail, Nene, Asensio, Kerem, En-Nesiri
Ehtiyat: Tarık, Bekao, Yiğit Efe, Mert Müldür, Levent, Fred, Oğuz, Mert Hakan, Talişka, Duran
Baş məşqçi: Domeniko Tedesko
“Qalatasaray”: Uğurcan, Sançez, Lemina, Abdülkerim, Kazımcan, Torreyra, Sara, Sane, İlkay, Barış Alper, Osimhen
Ehtiyat: Günay, Batuhan, İkardi, Yunus, Berkan, Ahmed, Kaan, Yusuf, Gökdeniz, Arda
Baş məşqçi: Okan Buruk