"Juventus" Futbol Strategiyası Direktoru Giorgio Chiellini İtaliya Kubokunda"Juventus-Udinese" oyunu öncəsi Mediaset-ə Kenan Yıldızın gələcəyi və Vlahoviçin zədəsi barədə danışıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bir dövr "Fənərbaxça" formasını da geyinmiş Giorgio Chiellini, Kenan Yıldız ilə bağlı bunları söyləyib:
"Kenan Yıldızın müqavilə yeniləməsi ilə bağlı yeni bir inkişaf varmı? Son həftələrdə digər bütün mövzulardan çox bu barədə danışdım. Kenanın göstərdiyi performans bizə sürpriz olmadı, ona qarşı hər zaman böyük hörmət və təqdir ifadələri istifadə etmişəm, amma son günlərdə dediyim kimi, hər iki tərəfdə də istək var. O, o qədər xüsusi bir oyunçudur ki, düşündüyümüzdən biraz daha çox zamana ehtiyacı var, amma o, "Juventus" oyunçusudur, uzun müddətli müqaviləsi var və biz inanırıq ki, uzun illər bu komandanın bir hissəsi olacaq".