Bu mövsüm performansı müzakirə olunan Youssef En-Nesyriyə Serie A-nın iki böyük klubu Milan və Roma maraq göstərib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hər iki klubun qış transfer pəncərəsində "Fənərbağça" ilə danışıqlar aparması gözlənilir.
Super Liqa və UEFA Avropa Liqasında yoluna davam edən "Fənərbağça" yanvar ayı transfer dövrünə artıq hazırlığa başlayıb. Hücumçu mövqeyinə təyinat planlaşdıran sarı-lacivərtlilərdə ayrılacaq futbolçular arasında En-Nesyri də ola bilər.