Juninyo Braziliya çempionu oldu

09:35 - 04 Dekabr 2025

Juninyo Braziliya çempionu oldu

Futbol üzrə Braziliya A seriyasında çempion müəyyənləşib.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, "Qarabağ"ın sabiq hücumçusu Juninyonun çıxış etdiyi “Flamenqo” çempionatın qalib olub.

Komanda 37-ci turda “Seara”nı 1:0 hesabı ilə məğlub edərək sona bir tur qalmış qızıl medalları təmin edib. “Flamenqo” ikinci sıradakı “Palmeyras”ı 5 xal qabaqlayır.

Rio-de-Janeyro təmsilçisi tarixində 8-ci dəfə Braziliya çempionu olub.

Felipe Luisin çalışdırdığı komanda bu mövsüm 5-ci titulunu qazanıb: A seriyası, Libertadores kuboku, Braziliya kuboku, Braziliya superkuboku və Rio-de-Janeyro çempionatı.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az