"Beşiktaş"dakı böhran sonrası Portuqaliyalı ulduz futbolçu Rafa Silva ilə münasibətlər kəsilmək üzrədir.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, klubun prezidenti Serdal Adalı son olaraq "Trabzonspor" ilə oynanan matçda da heyətə daxil edilməyən Rafa ilə bağlı qərarını verib.
"Beşiktaş"da yenidən məşqlərə çıxması ilə "böhran bitdi" kimi şərhlər yaranan Rafa Silva hələ də ayrılmaqda israrlıdır. Portuqaliyalı oyunçu son olaraq "Trabzonspor" səfərində heyətə çağırılmayıb. "Beşiktaş"ın baş məşqçisi Sergen Yalçın isə, "Hazır olmadığını və heyətdə olmaq istəmədiyini bildirdi, buna görə də onu heyətə almadıq" - deyib.