"Real Madrid"dən Arda Gülerə gözlənilməz xəbərdarlıq

15:08 - 18 Dekabr 2025

\"Real Madrid\"dən Arda Gülerə gözlənilməz xəbərdarlıq

"Real Madrid"ə keçdikdən sonra performasında zəifləmə müşahidə olunan Arda Gülerə texniki heyətdən xəbərdarlıq gəlib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, gənc futbolçudan daha cəsarətli və proaktiv olması istənilib, klub daxilində isə Ardanın yenidən yüksəliş göstərəcəyi ilə bağlı inamın davam etdiyi bildirilib.

Sezona təsirli bir başlanğıc edən, amma son həftələrdə forma itirən Arda Güler üçün "Real Madrid" tərəfindən diqqət çəkən bir xəbərdarlıq edilib. Futbolçunun performansı müzakirə mövzusu olarkən, klub daxilindən ona mesaj göndərilib.

Xabi Alonsonun komandaya rəhbər təyin olunmasından sonra ilk 11-in dəyişməz üzvünə çevrilən Arda Güler, 2025-2026 mövsümündə indiyə qədər 3 qol və 7 asistlik töhfə verib. Lakin noyabr ayının əvvəlindən etibarən performansında düşüş yaşayan futbolçu, son 1,5 ay ərzində yalnızca 2 asist edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az