"Qarabağ" "Sabah"a uduzdu

21:28 - 18 Dekabr 2025

\"Qarabağ\" \"Sabah\"a uduzdu

Misli Premyer Liqasında I turdan təxirə salınmış oyunda "Sabah" ölkə çempionu "Qarabağ"la qarşılaşıb.


Manset.az xəbər verir ki, "Bank Respublika Arena"da baş tutan oyun ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdamlıların heyətində 9-cu dəqiqədə Leandro Andrade hesabı açıb. 52-ci dəqiqədə Coy Lens Mikels "bayquşlar"ın bərabərlik, 88-ci dəqiqədə Aron Maluda isə qələbə qolunu vurub.

Qeyd edək ki, "Sabah" 34 xalla turnir cədvəlində liderliyi ələ keçirib. 33 xala malik "Qarabağ" ikincidir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az