Kililan Mbappe "Real Madrid" forması ilə mühüm rekorda imza atıb.
Fransalı hücumçu klub tarixində bir təqvim ili ərzində vurulan qolların sayı baxımından Kriştianu Ronaldunun göstəricisini təkrarlayıb.
Manset.az-ın "Sovsport" nəşrinə istinadən verdiyi məlumata görə, Mbappe bu nailiyyətə La Liqanın 17-ci turunda "Sevilya"ya qarşı keçirilən oyunda (2:0) penaltidən fərqlənməklə nail olub.
Beləliklə, Mbappenin 2025-ci ildə "Real Madrid"in heyətində vurduğu qolların sayı 59-a çatıb.
Xatırladaq ki, Kriştianu Ronaldu da 2013-cü ildə Madrid klubunun heyətində eyni sayda - 59 qol vurmuşdu.