Ağdamın "Qarabağ" futbol klubunun oyunçuları Türkiyənin Antalya şəhərinə yollanıblar.
Manset.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabında paylaşım edilib.
Qurban Qurbanovun yetirmələri yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərinin Belek bölgəsində yerləşən "Gloria Sports Arena"da təlim-məşq toplanışı keçirəcəklər.