İspaniya Superkubok finalında "Barcelona"ya 3-2 məğlub olan "Real Madrid"də Arda Gülərin kubok mərasimindəki reaksiyası diqqət çəkib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, boynuna asılan medalı qısa müddətdə çıxaran futbolçu əsəbi hərəkətləri ilə gündəm olub.
Mərasimdə "Real Madrid" futbolçularına medallar təqdim edilərkən Arda Gülərin verdiyi bu reaksiya kameralar tərəfindən qeydə alınıb.
Arda Gülərin mərasim boyu əsəbi şəkildə görünməsi sosial mediada qısa zamanda yayılıb. Görüntülərdən sonra bəzi istifadəçilər bu davranışı "məğlubiyyətin yaratdığı xəyal qırıqlığı" olaraq şərh ediblər.