"Fənərbağça"da zədələnən 4 futbolçunun vəziyyəti açıqlandı

16:18 - 24 Fevral 2026

\"Fənərbağça\"da zədələnən 4 futbolçunun vəziyyəti açıqlandı

Super Liqanın 23-cü həftəsində "Fənərbağça" sahəsində Kasımpaşa ilə oyun zamanı zədə alan Çağlar Söyüncü, Anderson Talisca, Ederson və Jayden Oosterwolde ilə bağlı açıqlama verib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, edilən müayinələr nəticəsində Çağlar Söyüncünün sağ arxa bud əzələsində qismən yırtıq, Anderson Taliscanın sol arxa bud əzələsində qismən yırtıq, Edersonun sol arxa bud əzələsində gərilmə, Jayden Oosterwoldenin sağ qasıq bölgəsində gərilmə olduğu müəyyən edilib.

"Fənərbağça"nın verdiyi açıqlamada "Futbolçularımızın müalicələrinə başlanılıb və proseslər klubumuzun sağlamlıq komandası tərəfindən izlənir" - bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az