AFFA niyə Avropa çempionlarını təbrik etmədi? 

11:24 - 06 İyun 2026

AFFA niyə Avropa çempionlarını təbrik etmədi? 

Azərbaycan minifutbol milli komandasının Avropa çempionu olması ölkənin idman camiəsini sevindirdi.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Slovakiyada keçirilən turnirin finalında Ukraynanı 2:0 hesabı ilə məğlub edən komandamız bu titula ikinci dəfə yiyələndi.

Komandamız tarix yazaraq kuboku növbəti dəfə ölkəmizə gətidi. Onların bu uğuru dövlət səviyyəsində də qeyd olundu.

İstər Misli Premyer Liqasında mübarizə aparan klublar, istərsə də, idman federasiyaları komandamızı təbrik etdi, müxtəlif paylaşımlar edildi. Amma AFFA Azərbaycan minifutbol komandasını təbrik etmədi.

Qurumun nə saytında, nə də sosial şəbəkə hesablarında bununla bağlı heç bir paylaşıma rast gəlmədik. Əslində elə komandamızı təbrik edən ilk qurumlardan biri AFFA olmalı idi. Dünya və Avropa çempionu olan millimizə dəstək də göstərilməli idi. Lakin AFFA heç bir paylaşım etməyərək diqqətləri üzərinə çəkdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az