Qızlarımız Dünya Çempionatının yarımfinalına yüksəldi

23:00 - 06 İyun 2026

Qızlarımız Dünya Çempionatının yarımfinalına yüksəldi

3x3 basketbol üzrə qadın millimiz Polşanın paytaxtı Varşava şəhərində keçirilən Dünya Çempionatının 1/4 finalında Almaniya seçməsinə qarşı oyuna çıxıb.


Manset.az  xəbər verir ki, qızlarımız görüşün əvvəllərində hesabda geridə olsalar da, daha sonra Brianna Freyserin dominant oyunu sayəsində geridönüş edib rəqibinə 18:16 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıblar.

Qeyd edək ki, millimiz yarımfinalda Fransa - ABŞ cütünün qalibi ilə qarşılaşacaq.

Yarımfinal və final oyunları 7 iyunda baş tutacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az