“Qarabağ” onunla müqavilə müddətini uzatdı

09:33 - 07 İyun 2026

“Qarabağ” onunla müqavilə müddətini uzatdı

“Qarabağ” braziliyalı yarımmüdafiəçisi Pedro Bikalyo ilə müqavilənin müddətini uzadıb.


Manset.az xəbər verir ki, bu barədə 25 yaşlı futbolçunun çalışdığı agentlik məlumat yayıb.

Sözügedən agentlik sosial şəbəkə hesablarında bunları qeyd edib:

“Yarımmüdafiəçi Pedro Bikalyonun “Qarabağ”la müqaviləsini yenilədik. Komandanın ən görkəmli oyunçularından biri olan Bikalyo xüsusilə 2025/2026 Çempionlar Liqası mövsümündə Azərbaycan klubu üçün yüksəksəviyyəli oyunlar nümayiş etdirib. Bu yeni fəsildə sizə uğurlar!”

Xatırladaq ki, Pedro Bikalyo ötən ilin yayında qoşulduğu “Qarabağ”la 3+1 illik müqavilə imzalamışdı. O, Ağdam klubunda 50 oyuna 1 qol vurub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az