Portuqaliyalı hücumçu Rafael Leao bu yay "Milan"ı tərk etmək niyyətində olduğunu rəhbərliyə bildirib.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, İngiltərənin "Çelsi" klubu forvardın transferi ilə yaxından maraqlanır. London təmsilçisi portuqaliyalı ulduzun keçidi üçün 60 milyon avro təklif etməyə hazırdır. "Zadəganlar" hücum xəttini gücləndirmək istəyir və Leaonu komanda üçün ideal namizəd hesab edirlər.
Qeyd edək ki, Rafael Leao 2019-cu ildə Fransanın "Lill" klubundan 49 milyon avro müqabilində "Milan"a transfer olunub. Onun İtaliya klubu ilə hazırkı müqaviləsinin müddəti 2028-ci il iyuna qədər qüvvədədir.
Xatırladaq ki, geridə qalan 2025/2026-cı illər mövsümündə portuqaliyalı hücumçu 31 matça çıxıb, 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.