logo
logo logo
logo

“Qarabağ” onu 3,5 milyon avroya satır

14:04 - 06 İyul 2026

“Qarabağ” onu 3,5 milyon avroya satır

Şotlandiyanın “Seltik” klubu “Qarabağ”ın hücumçusu Kamilo Duranın transferini yekunlaşdırmağa yaxındır.


Manset.az xəbər verir ki, bu barədə “Glazgow Times” nəşri məlumat yayıb. Qeyd edilib ki, kolumbiyalı futbolçunun nümayəndələri artıq Şotlandiyadadır və tərəflər müqavilənin son detallarını müzakirə edirlər.

Bildirilir ki, transferin dəyəri təxminən 3,5 milyon avro (6,8 milyon manat) olacaq.

Qeyd edək ki, “Qarabağ” Kamilo Duranı ötən ilin yayında Portuqaliyanın “Portimonense” klubundan 200 min funt sterlinqdən də az məbləğə transfer etmişdi. Beləliklə, Ağdam təmsilçisi futbolçunun satışından təxminən 15 dəfə gəlir əldə etmiş olacaq.

24 yaşlı hücumçu ötən mövsüm UEFA Çempionlar Liqasında 10 oyunda 5 qol vuraraq Avropa klublarının diqqətini cəlb etmişdi.

Mənbənin iddiasına görə, transfer rəsmiləşərsə, Duran bu yay “Seltik”in Aleks Oksleyd-Çemberlendən sonra ikinci transferi olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az