2026-cı il FIFA Dünya Kubokunda 1/8 final mərhələsinin həyəcanı davam edərkən, məşhur futbol analitika platforması "Football Meets Data" turnuvada qalan komandaların çempionluq şanslarını riyazi modellər əsasında hesablayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, son simulyasiya nəticələrinə görə, Dünya Kubokunun əsas favorisi Fransa millisi hesab olunur. Siyahıda sonrakı yerləri tutan komandalar da diqqət çəkib.
Ötən gecə keçirilən gərgin qarşılaşmalardan sonra 1/4 finala yüksələn növbəti komandalar müəyyənləşib. Braziliyanı sensasiyalı şəkildə mübarizədən kənarlaşdıran Norveç və ev sahibi Meksikanı məğlub edən İngiltərə son səkkizliyə vəsiqə qazanaraq 1/4 finalda bir-birinə rəqib olub.
Turun digər 1/4 final cütlüyündə isə tarixi nəticəyə imza atan Mərakeş millisi yarımfinal uğrunda Fransa ilə üz-üzə gələcək.
1/8 final mərhələsinin başa çatmasına az qalmış "Football Meets Data" komandaların hazırkı forması, heyət keyfiyyəti və mümkün pley-off cədvəlini nəzərə alaraq çempionluq ehtimallarını yeniləyib.
Riyazi simulyasiyaya əsasən, Kilian Mbappenin liderlik etdiyi Fransa millisi 26 faiz göstərici ilə çempionluğun əsas favorisi sayılır.
Meksika üzərində qələbədən sonra turun ən iddialı komandalarından birinə çevrilən İngiltərə millisi 19 faiz ehtimalla ikinci pillədə qərarlaşıb.
Son dünya çempionu, heyətində Lionel Messini çıxış etdirən Argentina millisi isə 13 faiz çempionluq ehtimalı ilə üçüncü sırada yer alıb.