Yeni mövsümdə ardıcıl beşinci çempionluğunu qazanmağı hədəfləyən "Qalatasaray" transfer çalışmalarını davam etdirərkən komandanın müdafiəçisi Davinson Sançeslə bağlı yeni iddia ortaya çıxıb.
Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, İstanbul təmsilçisi İtaliyanın A Seriyası klublarının maraq dairəsində olan kolumbiyalı müdafiəçi üçün 40 milyon avrodan aşağı məbləğdə daxil olacaq transfer təkliflərini nəzərdən keçirməyəcək.
Xəbərdə bildirilir ki, A Seriyası təmsilçisi "Komo" da Davinson Sançesi heyətinə cəlb etmək istəyən klublar sırasındadır.
Məlumata əsasən, "Qalatasaray"ın baş məşqçisi Okan Buruk təcrübəli mərkəz müdafiəçisinin komandada qalmasının tərəfdarıdır və onun yeni mövsümdə də heyətdə yer almasını istəyir.