Türkiyənin "Qalatasaray" klubu Almaniya millisinin və "Bavariya"nın futbolçusu Camal Musialanın transfer ediləcəyi ilə bağlı yayılan iddialara münasibət bildirib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, klubun yaydığı yazılı açıqlamada son günlər mətbuatda və sosial şəbəkələrdə yer alan xəbərlərin həqiqəti əks etdirmədiyi vurğulanıb.
Klub rəhbərliyi transfer danışıqlarının məxfilik prinsipi əsasında aparıldığını bildirərək azarkeşləri yalnız rəsmi mənbələrdən yayılan məlumatlara etibar etməyə çağırıb.
Bununla da "Qalatasaray" Camal Musialanın komandaya keçəcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib.