logo
logo logo
logo

“Sabah”ın oyunu gecikir - SƏBƏB

20:35 - 05 Avqust 2026

“Sabah”ın oyunu gecikir - SƏBƏB

UEFA Çempionlar Liqasının “Orhus” (Daninarka) - “Sabah” (Azərbaycan) oyunu əvvəlcədən nəzərdə tutulan vaxtdan yarım saat sonra - 21:00-da başlayacaq. 


Manset.az xəbər verir ki, bu barədə özünün sosial şəbəkə hesabında matçın yayımı üçün Danimarkada olan İTV-nin jurnalisti Kənan Hakimov məlumat yayıb.

Buna səbəb Orhus şəhərindən Randers şəhərinə gedən yolda baş verən avtoqəza səbəbindən yaranan tıxaca görə komandaları stadiona gətirən avtobusların yubanmasıdır.

Məlumat üçün bildirək ki, ”Orhus” klubunun ev oyunlarını keçirdiyi stadion yenidən qurulduğundan avrokubok oyunlarını “Randers” stadionunda keçirilir.

***

“Sabah” klubu isə yaydığı məlumatda oyunun saat 21:10-da başlanacağını bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az