“Barselona”nın qapıçısı Joan Qarsiya sıradan çıxıb.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, futbolçu təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
İspaniyalı qolkiper La Liqanın 7-ci turunda sentyabrın 19-da “Sevilya” ilə keçiriləcək oyunda iştirak etməyəcək. Onun beynəlxalq fasilənin sonuna qədər bərpa olunacağı gözlənilir.
Qeyd edək ki, Qarsiya La Liqanın 6-cı turunda “Rasinq”lə matçın fasiləsində əvəzlənib. “Barselona” həmin görüşdə 7:2 hesablı böyükhesablı qələbə qazanıb.
Xatırladaq ki, 6 turdan sonra 18 xal toplayan “Barselona” turnir cədvəlinə başçılıq edir. “Real” 15 xalla ikinci pillədə yer alıb.