"Yuventus"un qapıçısı Kamil Qrabara dizindən zədə alıb.
Manset.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
Məşq zamanı zədələnən futbolçunun sağ dizininin ön çarpaz bağlarının cırıldığı müəyyənləşib. Futbolçunun müalicə kursunu müəyyənləşdirmək üçün yaxın günlərdə ortopedik konsultasiyalardan keçəcəyi bildirilib.
Qeyd edək ki, "Volfsburq"dan icarə əsasında "Yuventus"a keçən K.Qrabara ilə 2027-ci ilin yayına qədər müqavilə imzalanıb. 2024-cü ildən Almaniya komandasında oynayan qolkiper 2025/2026 mövsümündə meydanda olduğu 37 oyunda 71 qol buraxıb və 4 dəfə qapısını toxunulmaz saxlayıb.