logo
logo logo
logo

Nazim Umbayev Bakıdakı dünya çempionatına təyinat aldı 

12:00 - 21 Sentyabr 2026

Nazim Umbayev Bakıdakı dünya çempionatına təyinat aldı 

Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev Bakıda böyüklər arasında keçiriləcək cüdo üzrə dünya çempionatında ədalət təmsilçilərindən biri olacaq.


Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

N.Umbayev cüdo üzrə dünya çempionatlarında hakimlik edən ilk azərbaycanlı referidir. O, ilk dəfə 2025-ci ildə Macarıstanda keçirilən mundialın hakimlər heyətinə daxil edilib.

Dünya çempionatı oktyabrın 4–11-də Milli Gimnastika Arenasında keçiriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az