logo
logo logo
logo

"Anam transfer olmağımı çox istəyirdi" - Mbappedən "Liverpul"la bağlı ETİRAF

16:29 - 22 Sentyabr 2026

\"Anam transfer olmağımı çox istəyirdi\" - Mbappedən \"Liverpul\"la bağlı ETİRAF

İspaniyanın “Real Madrid” klubunun fransalı hücumçusu Kilian Mbappe “Monako”da çıxış etdiyi dövrdə İngiltərənin “Liverpul” klubuna keçməyə çox yaxın olduğunu açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, bu keçidin baş tutmamasında anasının mövqeyi də rol oynayıb.

Fransalı futbolçu “The Athletic”ə müsahibəsində “Liverpul”un sabiq baş məşqçisi Yurgen Kloppla görüşündən və həmin dövrdə yaşananlardan danışıb.

Mbappe bildirib ki, “Monako”da çıxış etdiyi vaxt karyerası ilə bağlı seçim qarşısında qalıb və “Liverpul”a keçidi reallaşdırmağa çox yaxın olub. Onun sözlərinə görə, anası da məhz bu klubda oynamağını istəyib.

“Anam mənim “Liverpul”a imza atmağımı çox istəyirdi. Bu, həqiqətən də baş vermiş maraqlı bir əhvalatdır. “Monako”da oynadığım vaxt qərar verməli idim. “Liverpul”a keçməyə çox yaxın idim. Çünki anam Yurgen Kloppun rəhbərlik etdiyi “Liverpul”un böyük pərəstişkarı idi".



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az