logo
logo logo
logo

Azərbaycan millisi daha 2 matç keçirəcək - U-15 dünya çempionatı

09:05 - 26 Oktyabr 2026

Azərbaycan millisi daha 2 matç keçirəcək - U-15 dünya çempionatı

Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında bu gün daha iki matç keçirəcək.


Manset.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçi olduğu komanda saat 11:30-da İsrail millisi ilə qarşılaşacaq.

U-15 millisi ikinci görüşünü saat 18:15-də Haiti yığmasına qarşı keçirəcək.

Hər iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq.

Xatırladaq ki, U-15 millimiz daha əvvəl keçirdiyi görüşlərdə Timor-Leste yığmasını 6:0, Andorranı 1:0 hesabı ilə məğlub edib. Avstraliya millisinə isə 1:3 hesabı ilə uduzub.

Turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.

Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final görüşü Bakı Kristal Zalında gerçəkləşəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az