logo
logo logo
logo

Neymarın cəzası bilindi

00:30 - 29 Oktyabr 2026

Neymarın cəzası bilindi

“Santos”un hücumçusu Neymar Braziliya çempionatında “Bahia” ilə oyunda aldığı qırmızı vərəqəyə görə cəzalandırılıb.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, intizam komitəsi hadisəni araşdırdıqdan sonra braziliyalı futbolçunu əlavə iki oyunluq diskvalifikasiya edib.

Beləliklə, qırmızı vərəqəyə görə avtomatik cəza ilə birlikdə Neymar “Santos”un növbəti üç matçını buraxacaq. Klubun qərardan apellyasiya şikayəti vermək hüququ var.

Qeyd edək ki, Neymar “Bahia” ilə görüşdə rəqibi ilə danışarkən ağzını əli ilə örtüb. Bu hərəkətə görə ona qırmızı vərəqə göstərilib. Hadisə futbolda “Vinisius qaydası” adlandırılan yanaşma ilə əlaqələndirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az