logo
logo logo
logo

“Qalatasaray” qələbə qazandı

23:52 - 03 Noyabr 2026

“Qalatasaray” qələbə qazandı

Bu gün UEFA Çempionlar Liqasının liqa mərhələsinin IV turuna start verilib.


Manset.az xəbər verir ki, Türkiyə təmsilçisi “Qalatasaray” doğma meydanda Almaniyanın “Ştutqart” klubu ilə qarşılaşıb.

    “RAMS Park” stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 21:45-də başlayıb.

    Qarşılaşma İstanbul təmsilçisinin üstünlüyü ilə başlayıb. Komanda erkən qola sevinib. Aleksey Batrakov fərqlənib. Rusiyalı futbolçu çox keçmədən dublunu rəsmiləşdirib - 2:0.

    "Qalatasaray" bu qələbə ilə xallarının sayını 6-ya çatdırıb.

    UEFA Çempionlar Liqası

    Liqa mərhələsi, IV tur

    3 noyabr

    21:45. “Qalatasaray” (Türkiyə) – “Ştutqart” (Almaniya) 2:0

    Baş hakim: Kris Kavanoq (İngiltərə).


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az