Azərbaycan milli komandası FIFA reytinqində mövqeyini yaxşılaşdırıb.
Manset.az xəbər verir ki, baş məşqçi Ayxan Abbasovun rəhbərlik etdiyi yığma 1 145.18 xalla 124-cü pilləyə yüksəlib.
Millimiz UEFA Millətlər Liqasında Lixtenşteynə 1:0, beynəlxalq yoldaşlıq görüşündə isə Andorraya 3:1 hesabı ilə qalib gəlib. Bu nəticələr komandamızın reytinqdə üç pillə irəliləməsinə imkan verib.
Qeyd edək ki, FIFA reytinqinin ilk pilləsində 2 004.48 xalla İspaniya qərarlaşıb. Argentina 1 966.13 xalla ikinci, Fransa isə 1 950.82 xalla üçüncüdür.