logo
logo logo
logo

Ayvan Touni İngiltərə Premyer Liqasına qayıda bilər

16:14 - 21 Noyabr 2026

Ayvan Touni İngiltərə Premyer Liqasına qayıda bilər

Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunun hücumçusu Ayvan Touni yenidən İngiltərə Premyer Liqasında çıxış edə bilər.


Manset.az Report-a istinadən xəbər verir ki, "Kristal Pelas" forvardı heyətinə qatmaq variantını nəzərdən keçirir.

Komanda 30 yaşlı oyunçunu qış "transfer pəncərəsi"ndə ala bilər. Futbolçunun özü də AVRO-2028-də İngiltərə millisinin heyətinə düşmək şanslarını artırmaq istədiyi üçün vətəninə dönməyə müsbət yanaşır.

Bu yaxınlarda "Kristal Pelas"ın yeni baş məşqçisi təyin olunan Tomas Frank əvvəllər "Brentford"da da Toniyə rəhbərlik edib.

Qeyd edək ki, A.Toni cari mövsümdə bütün turnirlərdə keçirdiyi 16 matçda 15 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" hücumçunu 20 milyon avro dəyərində qiymətləndirir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az