"Barselona" klubunun futbolçusu Pyer-Emerik Obameyanq İspaniyadakı evində silahlı hücuma məruz qalıb.
Manset.az xəbər verir ki, bu barədə "El Pais" nəşri məlumat yayıb.
Belə ki, dörd maskalı şəxs futbolçunun evinə daxil olaraq odlu silahla təhdid edib və bir neçə zərbə endirib.
Daha sonra zinət əşyalarını götürən soyğunçular avtomobillə hadisə yerindən uzaqlaşıb.
Futbolçunun həyat yoldaşı hadisə ilə bağlı polisi məlumatlandırıb.
Qeyd edək ki, 33 yaşlı P.Obameyanq bu ilin yanvarından "Barselona"da çıxış edir.