Vadjidən “Qarabağ”a vida mesajı - FOTO

14:33 - 30 Avqust 2022

Vadjidən “Qarabağ”a vida mesajı - FOTO

“Qarabağ”dan ayrılıb Fransanın “Sent Etyen” klubuna keçən hücumçu İbrahima Vadji Ağdam klubu ilə vidalaşıb.

 

Manset.az xəbər verir ki, o, bu barədə İnstaqram hesabında paylaşım edib.

Vadji “Qarabağ” formasında komanda yoldaşları ilə paylaşdığı fotosuna vida sözləri yazıb: “Hər kəsə salam. Bu bir vide mesajıdır. Gözlənilməz ayrılıq səbəbindən sizinlə üzbəüz sağollaşa bilmədim. Amma bilin ki, “Qarabağ”dan çox gözəl xatirələri özümlə aparıram. Çox tez bitsə də, böyük macəra idi. Hər şey üçün təşəkkür edirəm”. 

Qeyd edək ki, Vadji “Sent Etyen”lə 3 illik müqavilə imzalayıb. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az