"Qarabağ" Fransa klubunu darmadağın etdi - YENİLƏNDİ

22:39 - 15 Sentyabr 2022

\"Qarabağ\" Fransa klubunu darmadağın etdi - YENİLƏNDİ

Rəqibini 3:0 hesabı ilə məğlub edən "Qarabağ" qrup mərhələsində ilk qələbəsini qazanıb. 

Manset.az xəbər verir ki, G qrupunun digər matçında Almaniya "Frayburq"u Yunanıstanda 3:0 hesabı ilə üstələyib. Bundesliqa klubu 2 turdan sonra 6 xalla liderdir. "Nant" və "Qarabağ"ın 3 xalı var. Sonuncu sıradakı "Olimpiakos"un isə xalı yoxdur. 

***

Bakıda "Qarabağ" və Fransanın "Nant" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda növbəti qol vurulub. 

Manset.az xəbər verir ki, "köhlən atlar" hesab arasındakı fərqi üç topa çatdırıb - 3:0. 

Komandanın heyətində 72-ci dəqiqədə Marko Yankoviç fərqlənib. 

***

Manset.az xəbər verir ki, Abdulla Zubir, 64-cü dəqiqədə “Nant”ın qapısına ikinci topu vurur.

***

Bakıda "Qarabağ" və Fransanın "Nant" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda hesab açılıb. 

Manset.az xəbər verir ki, "köhlən atlar"ın heyətində Kvabena Ovusu 60-cı dəqiqədə fərqlənib. 1:0.

***

Bakıda "Qarabağ" və Fransanın "Nant" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda ikinci hissə başlayıb. 

Manset.az xəbər verir ki, qarşılaşmada hesab açılmayıb. 

***

Bakıda "Qarabağ" və Fransanın "Nant" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda ilk hissə başa çatıb. 

Manset.az xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar. 

***

Bakıda "Qarabağ" və Fransanın "Nant" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunu başlayıb.

Manset.az report-a istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:45-də start götürüb.

Görüşü Enea Yorqyinin başçılıq etdiyi albaniyalı hakimlər briqadası idarə edir.

G qrupunun digər matçında "Olimpiakos" "Frayburq"u qəbul edir. "Nant" ilk turda Yunanıstan "Olimpiakos"unu məğlub edib - 2:1. "Qarabağ" isə Almaniyada "Frayburq"a eyni hesabla uduzub.

***

Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda üz-üzə gələcək "Qarabağ" və Fransanın "Nant" komandasının start heyətləri bəlli olub.

Manset.az report-a istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Qarabağ": Şahruddin Məhəmmədəliyev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Marko Veşoviç, Elvin Cəfərquliyev, Qara Qarayev, Marko Yankoviç, Filip Ozobiç, Kadi Borqes, Abdullah Zubir, Ovusu Kvabena.

Baş məşqçi: Qurban Qurbanov

"Nant": Alban Lafont, Fabio, Jan-Şarl Kastelletto, Nikola Pallua, Sebastyan Korçia, Mussa Sissoko, Ludovik Blas, Samuel Mutussami, Mozes Simon, İqnatius Qanaqo, Mustafa Məhəmməd.

Baş məşqçi: Antuan Kambuarre


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az