"Qarabağ"ın futbolçusu: "Layiqli qələbə qazandıq"

23:40 - 15 Sentyabr 2022

\"Qarabağ\"ın futbolçusu: \"Layiqli qələbə qazandıq\"

"Yaxşı qələbə oldu. Amma nəzərə almaq lazımdır ki, bu, hələ qrupdakı ikinci oyunumuz idi".

Manset.az report-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Filip Ozobiç Bakıda Fransanın "Nant" komandasına 3:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının G qrupunun II tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.

Qrupda daha 4 matçın qaldığını xatırladan 31 yaşlı yarımmüdafiəçi bu cür davam etməli olduqlarını bildirib: "Nant" böyük komandadır. Heyətində güclü futbolçular var. Rəqabətli liqada çıxış edirlər. Amma bu gün biz yaxşı futbol sərgilədik və layiqli qələbə qazandıq".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az