İspaniya Kral Kubokunun yarımfinal mərhələsinin digər cavab oyunu keçirilib.
Manset.az xəbər verir ki, "Barselona" əzəli rəqibi "Real"ı qəbul edb.
"El-Klasiko"nu "Real" qazanıb. Madrid klubu səfər matçında 4 cavabsız qolla qalib gəlib və finala yüksəlib.
Qeyd edək ki, komandalar arasında ilk oyun "Barselona"nın 1:0 hesablı qələbəsi ilə başa çatmışdı..
Xatırladaq ki, "Atletik"i mübarizədən kənarlaşdıran "Osasuna" turnirin finalına yüksəlib.
5 aprel
İspaniya Kral Kuboku
Yarımfinalın cavab oyunu
23:00."Barselona" - "Real" - 0:4
Qollar: Vinisius, 45+1, Benzema, 50, 58, 80