Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX tura start verilib.
Manset.az xəbər verir ki, turun açılış oyununda “Qəbələ” klubu “Zirə”ni qəbul edib.
Qəbələ şəhər stadionunda oynanılan matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçda “Qəbələ”nin heyətində Roman Maçada və Ruan Renato fərqləniblər. “Zirə”nin qolunu isə Eldar Quliyev vurub.
Bu qələbədən sonra xallarının sayını 39-a çatdıran “Qəbələ” “Zirə”ni qabaqlayaraq dördüncü pilləyə yüksəlib. Otuz səkkiz xalı olan paytaxt klubu isə beşinci sıraya geriləyib.
Qeyd edək ki, turun "Səbail" - "Sabah" və "Sumqayıt" - "Neftçi" oyunları aprelin 8-də, "Turan Tovuz" - "Şamaxı" və "Qarabağ" - "Kəpəz" matçları isə ertəsi gün keçiriləcək.
***18:25
Bu gün Azərbaycan Premyer Liqasında XXIX tura start veriləcək.
Manset.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
“Qəbələ” doğma meydanda “Zirə” ilə münasibətlərinə aydınlıq gətirəcək. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan və turnir cədvəlində qonşu olan komandaların duelinə maraq böyükdür.
Bu turun “Qarabağ” – “Kəpəz” və “Turan Tovuz” – “Şamaxı” oyunları şənbə, “Sumqayıt” – “Neftçi” və “Səbail” – “Sabah” matçları isə bazar gününə təsadüf edəcək.
Azərbaycan Premyer Liqası
XXIX tur
7 aprel
“Qəbələ” - “Zirə” 0:0 (2-ci hissə)
"Qəbələ": 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 91. Ramon Maçado, 4. Ruan Renato (k) 5. İsnik Alimi, 97. Felipe Santos, 6. Feras Abu Akal, 9. Əyyub Allaş
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 34. Urfan Abbasov, 28. Murad Musayev, 33. Hüseyn Mürsəlov, 12. Rüfət Əhmədov, 77. Emil Səfərov, 16. Nicat Əliyev, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev
"Zirə": 41. Anar Nəzirov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 47. Məhəmməd Həmdui, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 26. Nemanya Ancelkoviç, 6. Eldar Quliyev
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 18. Slavik Alxasov, 9. Loris Bronyo, 19. Vladislav Kulaç, 23. Andriya Lukoviç, 5. Moiz Adileu, 70. İssa Cibrila, 28. Abbas İbrahim, 17. Toni Qomes, 7. Filipe Paxtman
Baş məşqçi: Rəşad Sadıqov
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Fərid Hacıyev.
Qəbələ şəhər stadionu, 17:00.