Voleybol üzrə Azərbaycan çempionatının finalçıları müəyyənləşib - FOTO

18:49 - 07 Aprel 2023

Voleybol üzrə Azərbaycan çempionatının finalçıları müəyyənləşib - FOTO

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ikinci finalçı müəyyənləşib.

 

Manset.az xəbər verir ki,  yarımfinalın 3-cü oyununda "Murov"a 3:0 (25:16, 25:21, 25:21) hesabı ilə qalib gələn "Abşeron" həlledici matçda "Azərreyl"ə rəqib olub.

Bu komandaların ilk iki görüşündə tərəflər hərəyə bir qələbə qazandığından əlavə qarşılaşmaya ehtiyac yaranmışdı.

Qeyd edək ki, bürünc medal uğrunda oyunda "Murov" UNEC-lə qarşılaşacaq. Ölkə birinciliyinin reqlamentinə əsasən, final və üçüncülük matçları 3 qələbəyədək davam edəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az