“Qarabağ” növbəti qələbəsini qazandı

20:59 - 09 Aprel 2023

“Qarabağ” növbəti qələbəsini qazandı

Azərbaycan Premyer Liqasında XXIX tura yekun vurulub.

 

Manset.azxəbər verir ki, qapanış matçında “Qarabağ” növbəti qələbəsini qazanıb.

Ağdam təmsilçisi bu dəfə doğma meydanında “Kəpəz”i 3:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Premyer Liqanın məğlubedilməz komandası “Qarabağ” bu qalibiyyət sayəsində xallarının sayını 77-yə çatdırıb və liderliyini bir qədər də möhkəmlədib. “Kəpəz” isə 25 xalla yeddinci pillədə qalıb.

Turun digər oyunlarında “Qəbələ” “Zirə”ni, “Səbail” “Sabah”ı evdə 2:1, “Neftçi” “Sumqayıt”ı səfərdə 4:0 hesabı ilə məğlub edib, “Turan Tovuz”la “Şamaxı” birincilərin meydanında 1:1 hesablı bərabərə qalıblar.

Qeyd edək ki, Premyer Liqada XXX turun matçları aprelin 14-16-sı aralığında keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az