Qurban Qurbanov 400-cü qələbəsini qazandı

12:03 - 10 Aprel 2023

Qurban Qurbanov 400-cü qələbəsini qazandı

Azərbaycan Premyer Liqasının XXI turunda “Kəpəz”lə oyun “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub.

 

Manset.az xəbər verir ki, təcrübəli mütəxəssis “Kəpəz”i 3:1 hesabı ilə məğlub etdikləri görüşdə karyerasında 400-cü qələbəsini qazanıb.

51 yaşlı çalışdırıcı buna 704-cü qarşılaşmasında nail olub. Qurbanovun rəhbərliyi altında komandalar 704 görüşün 178-də heç-heçə edib, 126-da məğlub olub.

Qurban Qurbanov məşqçi karyerası ərzində “Neftçi”, “Qarabağ” və Azərbaycan millisinə rəhbərlik edib. O, Ağdam klubu ilə 371, Bakı təmsilçisində 25, yığmada 4 qələbə sevinci yaşayıb.

Qeyd edək ki, Qurban Qurbanov baş məşqçi kimi ilk qələbəsini 2006-cı il avqustun 6-da qazanıb. Onun çalışdırdığı “Neftçi” “Gənclərbirliyi”ni 6:1 hesabı ilə məğlub edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az