PSJ Markinyosla müqaviləni uzadır

16:42 - 10 Aprel 2023

PSJ Markinyosla müqaviləni uzadır

Fransanın PSJ klubu brazilyalı kapitanı Markinyosla müqaviləni uzadır.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.

Müdafiəçinin müqaviləsinin 2027-ci ilin yayınadək artırılacağı gözlənilir. Onun hazırkı müqaviləsi 2024-cü ilin iyununda başa çatır.

Qeyd edək ki, Braziliya millisinin üzvü olan 28 yaşlı futbolçu 2013-cü ildən PSJ-də çıxış edir.

O, Paris klubunun forması ilə 400-cü matçını keçirib.

Müdafiəçi bu mövsüm bütün turnirlərdə 37 oyuna çıxıb, 2 qol vurub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az