AVRO-2028 və AVRO-2032-yə namizədlər rəsmiləşdi

19:05 - 12 Aprel 2023

AVRO-2028 və AVRO-2032-yə namizədlər rəsmiləşdi

AVRO-2028 və AVRO-2032-yə ev sahibliyi etməyə namizədlərin yekun siyahısı müəyyənləşib.

 

Manset.az xəbər verir ki, bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.

2028-ci ildəki yarışa iki sifariş qəbul olunub. Bunlardan biri Türkiyə, digəri Böyük Britaniya və İrlandiyadır. Bu sifariş 5 ölkəni – İngiltərə, Şotlandiya, Uels, Şimali İrlandiya və İrlandiyanı əhatə edir.

Türkiyə həm də AVRO-2032-yə sifariş verib. Bu turnirə digər namizəd İtaliyadır.

Qeyd edək ki, AVRO-2024 Almaniyada təşkil olunacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az