“Fiorentina”dan darmadağın, “Vest Hem”dən heç-heçə - Konfrans Liqası

09:17 - 14 Aprel 2023

“Fiorentina”dan darmadağın, “Vest Hem”dən heç-heçə - Konfrans Liqası

Avropa Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bütün oyunlar eyni gündə baş tutub.

Əvvəlcə “Gent” Belçikada İngiltərə təmsilçisi “Feyenoord”u qəbul edib. Tərəflər ilk oyundan heç-heçə ilə ayrılıblar.

Belçikanın digər təmsilçisi “Anderlext” “Alkmaar”la ev oyunundan inamlı qələbə ilə ayrılıb. Dörd qolun qeydə alındığı “Bazel”lə “Nitsa”nın ilk görüşündə qalib müəyyənləşməyib.

“Lex” isə “Fiorentina” ilə ev oyununda darmadağına üzülüb.

Avropa Konfrans Liqası
1/4 finalın ilk oyunları
13 aprel

Gent (Belçika) – Vest Hem (İngiltərə) 1:1
Qol: Kuypers, 57 – İnqs, 45+3.

Anderlext (Belçika) – Alkmaar (Niderland) 2:0
Qol: Murilyo, 22. Aşimeru, 70.

Bazel (İsveçrə) – Nitsa (Fransa) 2:2
Qol: Amduni, 26; 71 – Moffi, 38; 45+1.

Lex (Polşa) – Fiorentina (İtaliya) 1:4
Qol: Velde, 20 – Kabral, 4. N.Qonsales, 41. Bonaventura, 58. İkone, 63.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az