Türk atlet qələbəsini Azərbaycana həsr etdi

11:25 - 16 Aprel 2023

Türk atlet qələbəsini Azərbaycana həsr etdi

"Ermənilər bayrağı yandırmaqla necə insan olduqlarını göstərdilər. Nə istəyirlər, etsinlər, o bayraqlar göylərə layiqdir".

 

Manset.az report-a istinadən xəbər verir ki, bunları Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatda qızıl medal qazanan türkiyəli atlet Cansu Bektaş açılış mərasimində Azərbaycan bayrağının yandırılması barədə danışarkən deyib.

49 kq-da qitə çempionu olan ağırlıqqaldıran bildirib ki, qızıl medalı Azərbaycan idmançılarına həsr etmək şəxsi qərarı olub: "Yarışdan bir gün öncə yığmanızdan dostum, eyni zamanda rəqibim olan Nazilə İsmayılovaya və məşqçisinə söz verdim ki, himnimizi səsləndirəcəyəm. Sözümə əməl etdim".

O, Azərbaycan xalqını çox sevdiyini söyləyib: "İdmançılarınız Avropa çempionatını tərk etməsəydilər, arzum o idi ki, ilk 3 yeri türk və azərbaycanlı atletlər tutsunlar. Nazilənin medal qazanmasını çox istəyirdim. Məncə, qalıb yarışsaydı, bacara bilərdi".

Bektaş Azərbaycan yığmasının yarışdan imtina qərarına şərh vermək istəmədiyini əlavə edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az