Messi Ronaldonun rekordunu təkrarladı

12:17 - 16 Aprel 2023

Messi Ronaldonun rekordunu təkrarladı

PSJ-nin futbolçusu Lionel Messi "TOP-5" liqadakı qollara görə Kriştiano Ronaldonun rekordunu təkrarlayıb.

 

Manset.az xəbər verir ki, argentinalı hücumçu Liqa 1-in 31-ci turunda "Lens"lə qarşılaşmada (3:1) qol vurub. Bu qol onun "TOP-5" liqadakı 495-ci (572 oyuna) qolu olub.

Bununla da, Messi Ronaldonun(495 qol, 626 oyuna) bu göstəricidə rekordunu təkrarlayıb.

Qeyd edək ki, Ronaldo hazırda Səudiyyə Ərəbistanının  “Əl-Nəsr” klubunda oynayır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az