Çempionlar Liqasının final oyununun biletləri satışa çıxarılıb.
Manset.az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.
Bildirilib ki, satış qurumun saytında həyata keçirilir. Ümumilikdə 72 min biletdən 47 min 200-ü ictimaiyyət üçün nəzərdə tutulub. 20 min bilet isə finalçı komandaların azarkeşləri üçündür.
Qiymətlər 70 - 690 avro arasında dəyişir.
Qeyd edək ki, İstanbulda keçiriləcək final matçı iyunun 10-da baş tutacaq. Yarımfinalda "Real" (Madrid) “Mançester Siti”, “Milan” “İnter”lə üz-üzə gələcək.