Azərbaycan Premyer Liqasında XXXI tura start verilib.
Manset.az xəbər verir ki, açılış oyununda “Kəpəz” “Şamaxı” klubunun qonağı olub.
Şamaxı şəhər stadionunda keçirilən matçda qalib müəyyənləşməyib - 1:1.
Bu heç-heçədən sonra xallarını 29-a çatdıran “Kəpəz” 7-ci pillədəki mövqeyini qoruyub. 23 xalı olan “Şamaxı” isə 9-cu sırada qərarlaşıb.